Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-26 10:31:33
Paytaxt məktəbində "Atalar və məktəb birliyi"

Paytaxtdakı 300 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə "Atalar və məktəb birliyi" 7 yanvar 2022-ci il tarixdən fəaliyyətə başlayıb.

 

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

 

"Atalar və məktəb birliyi"nin yaradılmasında əsas məqsəd ataları övladlarının təhsil aldıqları tədris ocaqları ilə yaxından tanış etmək, tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaq, atalarla məktəb arasında ünsiyyət platformasını daha da genişləndirmək və övladlarının təlim və tərbiyəsində onların rolunu artırmaqdan ibarətdir.

 

Layihə çərçivəsində VII-XI sinif şagirdlərinin ataları məktəb mühiti ilə tanış olur, məktəbin fəaliyyətini, tədris prosesini, övladlarının məktəbdə davranışını yaxından izləyə bilirlər. Valideynlərin məktəb mühitinə töhfələri ilə bağlı rəyləri, təklifləri dinlənilir və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparılır.

 

Ataların təşəbbüskar və daha fəal olması, eləcə də müəllim-şagird-valideyn birliyinin mükəmməl təşkili şagirdlərin təlim və tərbiyəsində böyük rol oynayır.