Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-13 14:24:00
Hərbi məktəblərin zabit heyəti bölgələrə yollanıb  

Zabitlər təbliğat-təşviqat işlərinin aparılması məqsədilə 6-12 fevral aralığında bölgələrə ezam olunublar.

 

 

Bunu AzEdu.az-a Heydər Əliyev adına Ali Hərbi Məktəbin zabiti Qadir Musayev bildirib. O, eyni zamanda həmin görüşlərdə şagirdlərə xüsusi olaraq hansı məlumatların verildiyini qeyd edib.

 

 

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin zabit heyəti təbliğat-təşviqat işlərinin aparılması məqsədilə bölgələrə göndərilib.

 

Orta təhsil müəssisələrinin IX, X, XI sinif şagirdləri ilə görüşlər təşkil olunur. Onlara hərbi təhsil haqqında məlumatlar verilir. Ümumilikdə, şagirdlər qəbul qaydaları, ümumi nəticələr, ümumi təhsil müddəti, təhsil müddətində ixtisas seçimi, fakültələr haqqında geniş şəkildə məlumatlandırılırlar”.