Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-13 12:16:00
Müəllimlər din xadimlərinin müdafiəsinə qalxıblar

İranın Kürdüstan bölgəsində fəaliyyət göstərən müəllim təşkilatları kütləvi iğtişaşlar nəticəsində həbs olunmuş sünni din xadimlərinin (Mamustaların) saxlama şəraiti ilə əlaqədar narahat olduqlarını bildirərək, onların həbsxanadan buraxılmasını tələb edirlər.

AzEdu.az-ın məlumatına görə, “İşləyən və təqaüdə çıxmış müəllimlər Assosiasiyası”nın bəyanatında deyilir ki, İranın molla rejimi tərəfindən kürd qızı Məhsa Əmininin istintaq zamanı verilən işgəncələr nəticəsində həyatını itirməsi ilə bağlı meydana gələn nümayişlər zamanı çoxlu sayda sünni din xadimləri də  xalqın tərəfini seçərək, onlarla birlikdə hökumətin yeritdiyi siyasətə qarşı mübarizəyə qalxdılar.


Onlar öz çıxış və bəyanatları ilə hakimiyyət orqanlarının dinc nümayişçilərə divan tutmasını lənətləməklə millətlər arasında nifaq toxumu səpməsinin əleyhinə çıxdılar. Elə buna görə də hazırda İran həbsxanalarında onlarla sünni din xadimi işgəncələrə məruz qalır və həyatları təhlükədədir.

Bəyanatda həbsxanaya atılan və işgəncələrə məruz qalan din xadimlərinin adları da sadalanır:

“Loğman Amini, Seyfullah Hüseyni, İbrahim Kərimi və onlarla  sünni təriqətindən olan başqa din xadimləri. Bunlar hamısı millət etibarı ilə kürddür və yaşadığı ərazidə böyük nüfuza malikdirlər. Hökumət onların nüfuzundan narazılığı yatırmaq üçün istifadə etməyə çalışır.
Kəşfiyyat və Təhlükəsizlik orqanları onları həbs edərək qapılar arxasına atıb. Amma bilmirlər ki, bir döyüşçünü aradan götürəndə onun yerinə yüzü meydana çıxır”.

Bəyanatda həbsxanalarda olan bütün etirazçıların qeyd-şərtsiz azadlığa buraxılması tələb olunur. Kürd müəllimlər hakimiyyətə xəbərdarlıq etməkdən də çəkinməyiblər:

“İnsanların qarşısını repressiv üsullar və işgəncələrlə almaq mümkün olmayacaq. Bu metoddan nə qədər tez əl çəkilsə, bir o qədər yaxşı olar. Həm xalq, həm də hakimiyyət üçün”.

Kürd din xadimləri İranda baş verən kütləvi iğtişaşlar zamanı ciddi fəallıq göstəriblər. Nümayişlərin həm başlanğıc nöqtəsi, həm də mərkəzi bu regionda olub. Zahidanın nüfuzlu sünni din xadimi Molavi Abdulhəmid isə bu iğtişaşlar zamanı xalq qəhrəmanı səviyyəsinə qaldırılıb. Hakimiyyət orqanları insanlardan qorxaraq onu hələ aradan götürə bilməyib