Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-03 17:20:00
UNEC-də Minor proqramına sənəd qəbulu başlandı

UNEC Elmi Şurasının qərarına əsasən, Minor proqramının qaydalarına dəyişiklik olunub.

 

AzEdu.az xəbər verir ki, yeni qaydalara əsasən, Minor proqramına sənəd qəbulu ildə 2 dəfə aparılacaq.

  • 1-7 fevral
  • 30 iyun -15 avqust

Proqrama qoşulmaq üçün müraciət şərti:

  • Bakalavr tələbəsi olmalı;
  • Akademik borc olmamalı;
  • ÜOMG 65-də yuxarı olmalı.

İxtisaslar: UNEC-də tədrisi həyata keçirilən 5 ixtisas qrupu üzrə 22 ixtisas.

Tədris dili: azərbaycan, rus, ingilis, türk.

Proqramın modeli: Tələbə eyni ixtisas qrupundan olan Minor ixtisası üzrə 4 fənn, fərqli ixtisas qruplarından olan Minor ixtisası üzrə 5 fənn dinləyə bilir.

Proqramı bitirən tələbənin əldə etdiyi sənədlər:

  • Sertifikat
  • Akademik transkript

Proqrama qoşulmaq üçün qeydiyyat linki: https://forms.gle/s92DpYGVWxCJMaGQA

 Əlaqə:

(+99412) 492 66 55; (055) 886 63 10.
UNEC, İki diplom və ixtisas üzrə əlavə təhsil bölməsi
Email: [email protected]
Ünvan: UNEC, 1-ci tədris binası, otaq 127