![](https://azedu.az/uploads/news/2023/02/azedu.az_dim4jpg-1670494438_412.jpg)
AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) 2022/2023-cü tədris ilində ümumtəhsil müəssisələrinin buraxılış sinif şagirdləri haqqında məlumatların həmin təhsil müəssisələri tərəfindən “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi və ilkin təsdiq edilməsi prosesi yekunlaşmaq üzrə olduğunu qeyd edib.
Bildirilib ki, ümumtəhsil məktəbləri tərəfindən tam orta təhsil səviyyəsi (XI sinif) üzrə sayı təqdim edilmiş 98777 nəfərdən 98603 (99.82%) nəfər şagird, ümumi orta təhsil səviyyəsi (IX sinif) üzrə sayı təqdim edilmiş 145061 nəfərdən 144585 (99.67%) nəfər şagird, peşə təhsili müəssisələri tərəfindən tam orta təhsil səviyyəsi üzrə sayı təqdim edilmiş 2834 nəfərdən 2802 (99.87%) nəfər şagird barədə məlumatlar “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilmişdir.
Buraxılış imtahanlarının keçirilməsinə az müddət qaldığını nəzərə alaraq məlumatları sistemə daxil edilməmiş şagirdlərin təhsil aldığı ümumtəhsil müəssisələri rəhbərlərinin və əlaqələndiricilərinin nəzərinə çatdırırıq ki, buraxılış sinif şagirdlərinin məlumatları sistemə vaxtında, düzgün və tam şəkildə daxil edilməlidir. Həmçinin həmin şagirdlərin valideynlərindən xahiş olunur ki, övladları üçün şəxsiyyəti təsdiq edən sənədi vaxtında əldə edərək məktəbə təqdim etsinlər.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)