Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-03 09:39:00
“AzTU Gəncləri 2023” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan Texniki Universiteti (AzTU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan “AzTU Gəncləri 2023” müsabiqəsinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə AzTU HİK-in sədri Elvin Bəxtiyarlı, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Nərmin Rzayeva gəncləri təbrik edib. Gənclərin ölkənin bütün sahələrdə inkişafında önəmli rolu xüsusi vurğulanıb. Qeyd olunub ki, AzTU-da da gənc müəllim və əməkdaşların gələcək inkişafı istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.

 

AzEdu.az xəbər verir ki, daha sonra universitetin ictimai həyatında fəallıq göstərən AzTU-nun gənc əməkdaş və müəllimləri fəxri fərman və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

 

Tədbirin sonunda “AzTU Gəncləri 2023” müsabiqəsinin qaliblərinin adı açıqlanıb.

 

Müsabiqənin nəticəsinə əsasən, 3-cü yer üzrə Nuran Süleymanova “AzTU-da ilin gələcək vəd edən gənci”, 2-ci yer üzrə İsmayıl İsmayılov “AzTU-da ilin peşəkar gənci”, 1-ci yer üzrə Qoşqar Rəsulov "AzTU-da ilin gənci" nominasiyası üzrə qalib elan olunub.

 

Qaliblərə AzTU HİK tərəfindən pul mükafatı və fəxri fərman təqdim olunub.