Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-02 15:05:00
Hər universitet magistr yetişdirə bilməz - Etibar Əliyev

“Təhsil Haqqında” Qanuna əsasən, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan respublikanın bütün ali təhsil müəssisələrində magistratura yaradıla bilər. Ölkəmizdə magistr pilləsi mövcud olan bütün universitetlər bu tələbləri ödəyirmi?

 

Millət vəkili Etibar Əliyev AzEdu.az-a açıqlamasında bildirib ki, bəzi universitetlərimizdə magistr təhsili ümumiyyətlə verilməməlidir:

 

“Bizim “Təhsil Haqqında” Qanunda yazılır ki, magistratura pilləsi ancaq infastrukturu, professor, müəllim heyəti buna imkan verən universitetlərdə mövcud ola bilər. Bugünkü gündə isə Azərbaycanda bütün ali təhsil müəssisələrində magistr təhsili verilir. Ancaq həmin ali məktəblər bütün bu standartlara cavab vermir. Bu sübut da oluna bilər. Elə universitetlərimiz var ki, onlar sadəcə bakalavr pilləsi ilə məhdudlaşmalıdırlar. Sözügedən təhsil ocaqlarının tələbələri gələcəkdə tədqiqatlarla məşğul olmurlar, bir qismi heç doktoranturada da təhsillərini davam etdirmirlər”.