Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-26 13:07:00
E-psixoloq.az platforması "Peşələrin təsviri" bölməsində yazıların sayı artırılıb
Dövlət İmtahan Mərkəzinin e-psixoloq.az platformasında “Peşələrin təsviri” bölməsində peşələrlə bağlı yazıların sayı artırılıb. Bu bölmədə peşələrə aid ümumi məlumat, peşələrin funksiyaları, tələb olunan zəruri keyfiyyətlər və s. faydalı bilgilər təqdim olunub.
 
 
AzEdu.az xəbər verir ki, adıçəkilən bölmə ilə aşağıda təqdim olunan keçid vasitəsilə tanış ola bilərsiniz:
 
 
Peşə seçiminə dair bütün psixoloji materiallarla aşağıda qeyd olunan keçid vasitəsilə tanış ola bilərsiniz:
 
 
Peşə seçimində çətinlik çəkdiyiniz tədqirdə, e-psixoloq.az platformasının mütəxəssisləri sizə psixoloji dəstək göstərməyə hər zaman hazırdır. Aşağıda təqdim olunan keçid vasitəsilə konsultasiyaya yazıla bilərsiniz.
 
 
Həmçinin nəzərinizə çatdırmaq istərdik ki, həftənin 5 günü (bazar ertəsi – cümə) saat 09:00-dan 17:00-dək e-psixoloq.az saytının canlı söhbət pəncərəsinə müraciət etmək mümkündür. Platformaya qeyri-iş vaxtı daxil olan sorğular 1-3 iş günü ərzində əməkdaşlar tərəfindən cavablandırılır.