Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-26 11:49:00
DİM Azərbaycanda ilk dəfə ICDL Artificial Intelligence – Süni intellekt imtahanını təqdim edir

Süni intellekt (Aİ) texnologiyası bu gün dünyada baş verən rəqəmsal transformasiyanın əsas istiqamətlərindən biridir və tanınmış şirkətlər, müəssisələr və elektron platformalar süni intellektdən istifadə edərək böyük dəyişikliklər yaratma potensialı olan nailiyyətlərə imza atırlar.

 

AzEdu.az xəbər verir ki, qlobal iqtisadiyyata sıx inteqrasiya olunan və dünyadakı müasir trendlərdən kənar qalmayan Azərbaycan üçün bu texnologiyaların inkişaf etdirilməsi vacibliyini nəzərə alaraq Dövlət İmtahan Mərkəzi Kompüterdən İstifadəyə dair Beynəlxalq Lisenziya (ICDL) proqramı vasitəsilə ən qabaqcıl beynəlxalq rəqəmsal bacarıqlar üzrə sertifikat olan – ICDL – Süni intellekt imtahanını namizədlərə təklif edir. Qeyd olunan istiqamətdə ICDL imtahanı kifayət qədər uğurlu beynəlxalq təcrübədir və rəqəmsal bacarıqlarını sertifikatlaşdırmaq istəyən namizədlər üçün ən çox müraciət olunan beynəlxalq sertifikatdır.

 

Namizədlər ICDL Süni intellekt imtahanı üzrə rəsmi e-kitab və praktiki materialları, həmçinin diaqnostik test imkanını qeydiyyatdan keçdikdən sonra Skillsbox Test adlı sistem vasitəsilə əldə edə bilərlər.

 

Qeyd edək ki, Süni intellekt imtahanına əlavə olaraq, ICDL namizədlərə Cloud ComputingBig DataInternet of things (IoT) imtahanlarını da təklif edir.

 

Xatırladaq ki, DİM Azərbaycanda ICDL imtahanlarını təşkil edən yeganə akkreditasiya olunmuş test mərkəzidir.

 

ICDL 100-dən artıq ölkədə 17 milyondan çox insanın kompüterdən və kompüter proqramlarından istifadə etmək üçün lazım olan rəqəmsal bacarıqlarını ölçən beynəlxalq dərəcəli sertifikatlaşdırma proqramıdır. Namizədlər ixtisas və peşə tələblərinə uyğun olaraq ICDL-in müvafiq modullarından imtahan verib, sertifikat ala bilərlər.

 

Qeydiyyat və ətraflı məlumat üçün buraya daxil ola bilərsiniz: https://dim.gov.az/activities/exams/ICDL/