Azedu.az

“Cədvəllər hazır, köçürülən tələbə yox, hamı kimi dərsə başlayacağıq” – “Təfəkkür”ün prorektoru

Ali təhsil

14 Sentyabr 2018, 15:43
“Cədvəllər hazır, köçürülən tələbə yox, hamı kimi dərsə başlayacağıq” – “Təfəkkür”ün prorektoru

“Bizə köçürülmə istəyilə müraciət edən tələbə olmayıb”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin prorektoru İlham Musayev deyib.

Onun sözlərinə görə, digər ali məktəblərdə olduğu kimi,  burada da dərslər sentyabrın 17-dən başlayacaq:

“Köçürülmə prosesinin xüsusi qaydaları var. Tələbə köçürmələri Təhsil Nazirliyinin əmri ilə iyulun 5-dən 20-nə qədər davam edib. Universitetdə hər şey qaydasındadır, dərs cədvəlləri hazırlanıb. Bir sözlə, Təfəkkür Universiteti fəaliyyətini davam etdirir”.

Xatırladaq ki, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti 2016-cı il oktyabr ayının 11-də Təhsil Nazirliyinə müraciət edərək, universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirib. Universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi “Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib.

Moskvaya kütləvi hücum aeroportlar bağlandı
Son xəbərlərDaha çox