Azedu.az

“Məktəbdə...” növbəti görüş  

Orta təhsil

Müəllimlər və elm adamları

25 Yanvar 2023, 12:07
“Məktəbdə...” növbəti görüş  

“Məktəbdə...” layihəsinin növbəti görüşü yanvarın 26-də Bakı şəhəri 320 nömrəli tam orta məktəbdə keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı kulturoloq, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Fuad Məmmədov olacaq.

 

Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər,  mütaliə vərdişləri, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

 

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır. 

 

Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox