Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-23 13:00:00
Qəbul imtahanları ilə bağlı çox ciddi  dəyişiklik təklifi – “Bu qayda ləğv olunmalıdır”

 

 

Qəbul imtahanlarının formatı dəyişməlidir. Xüsusilə, blok imtahanında səhv cavabların doğru cavablara təsir mexanizmi aradan qaldırılmalıdır”.

 

 

AzEdu.az xəbər verir ki, bunu təhsil eksperti  Elçin Əfəndi öz sosial şəbəkə hesabında  bildirib. Ekspert bu kimi halları tələbə hüquqlarının pozulması kimi dəyərləndirir:

 

“Bu, birmənalı olaraq, abituriyentin haqqına girmək, onun hüququnu tapdalamaqdır. Əgər abituriyent səhv cavab yazırsa, məhz o sual üçün nəzərdə tutulan bal ümumi baldan çıxılmalıdır, daha o səhvə görə düz yazdığı cavabdan bal silinməməlidir. Ümumiyyətlə, bütün imtahanlarda bu prinsip ləğv olunmalıdır”.

 

E.Əfəndinin fikrincə, bu mexanizm  imtahana daxil olub təsadüfi seçimlər əsasında cavabları qeyd edənlər üçündür. Lakin blok imtahanlarından iştirak edən on minlərlə abituriyentin çox cüzi hissəsi-təxminən, 200-300 nəfəri bu qəbildəndir, bunlara görə də, digərlərinin haqqına toxunmaq olmaz:

 

“Bir çoxları bu qaydanın, imtahana daxil olub təsadüfi seçimlər əsasında cavabları qeyd edən tələbələr üçün tətbiq oldunduğu söyləyir. Bu olduqca cüzi hissə təşkil edir. Təxminən 100-200 nəfər buna cəhd edir. Ancaq  imtahanlar zamanı DİM bu amilləri nəzərə alaraq xüsusi metod tətbiq edir. Blok imtahanlarında 60-70 min abituriyent iştirak edir. 100-200 şəxsə görə bu qədər şəxsin haqqına girmək doğru deyil”.

 

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin tətbiq etdiyi qəbul qaydalarına əsasın, 4 sualın yanlış cavablandırılması, bir düzgün cavabın da nəticəsini sıfırlamış olur.