Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-12 09:00:00
Dərs üçün hər gün 28 km qət edən müəllim: “Bir çoxumuz aylıq qazancını elə yol puluna xərcləyir”

Qarlı hava şəraitinə görə, məktəbə 28 km yol qət edən müəllim Qədir Kərimov haqqında sosial şəbəkələrdə paylaşımlar edilir.

 

Qədir Kərimov 1981-ci ildə Lerik rayonunun Çayrud kəndindən dünyaya gəlib. O, şəhid Elşən Səfərov adına Çayrud kənd tam orta məktəbində təhsil alıb. Buranı bitirəndən sonra Azərbaycan İctimai-Siyasi Universitetinin filologiya fakültəsinə daxil olub və Azərbaycan ədəbiyyatı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2023-cü ildən Elşən Səfərov adına Çayrud kənd tam orta məktəbində 14 il müəllim işləyib. Müəyyən səbəblərdən 4 il işsiz qaldığı halda MİQ imtahanından keçərək təsadüf nəticəsində həmin məktəbdə müəllim kimi fəaliyyət göstərməyə davam edir.

 

Qədir Kərimov AzEdu.az-a açıqlamasında işlədiyi məktəbə getmək üçün qarşılaşdığı problemlərdən danışıb:

 

“Fəaliyyət göstərdiyim məktəbə marşrut olmadığı üçün hər kəs ya şəxsi avtomabil ya da taksidən istifadə edir. Bu da məktəbdən uzaqda qalan müəllimlər üçün çətinlik yaradır. Çoxu aylıq qazancını elə yol puluna xərcləyir. Qış aylarında avtomabillərin fəaliyyəti çətin olduğuna görə həmin yolu piyada getməli oluruq. Məktəbə rahat gedib-gəlmək üçün bir çox müəllim kirayə ev tutmalı olur.”

 

Müəllim , şagirdlərin davamiyyətinin yaxşı olduğunu qeyd edib:

 

“Məktəbimizdə şagirdlərin davamiyyəti yaxşıdır.Çoxu kəndin öz sakinləri olduğu üçün məktəbə gələrkən çətinlik çəkmirlər.Ekstremal şərait olmadıqca 98-100% uşaq dərsdə iştirak edir.Məktəbimizdə yaxşı oxuyan şagirdlərin sayı da az deyil”-deyə, o qeyd edib.