Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-09 13:51:00
Dövlət qulluğuna hazırlaşan namizədlər üçün təlim keçirilir

Vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı keçirilən müsahibələrdə iştirak edən dövlət qulluqçularının və namizədlərin Azərbaycan Respublikasının Konstitusiyası, dövlətin əsasları, dövlət qulluğuna dair qanunvericilik üzrə biliklərinin təkmilləşdirilməsi məqsədilə Mərkəz tərəfindən keçiriləcək müvafiq təlimlərə qeydiyyat elan edilir. Həmçinin dövlət qulluğuna yeni işə qəbul edilən namizədlərin dövlət qulluğu keçmə ilə bağlı praktiki bacarıqlara yiyələnməsi məqsədilə Mərkəz tərəfindən təlim modulları hazırlanıb. 

 

AzEdu.az xəbər verir ki, təlim modulları aşağıdakılardan ibarətdir:

 

  • Dövlət idarəçiliyi və dövlət qulluğu;

  • Əmək qanunvericiliyinin tətbiqi;

  • Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri;

  • İnsan resurslarının idarəedilməsinə ümumi baxış;

  • Liderlik və idarəetmənin əsasları;

 

Təlimlərdə iştirak ödənişlidir. Namizədlər ilk növbədə DİM-in internet saytına daxil olaraq “Şəxsi kabinet” açmalı (şəxsi kabineti olmayanlar) və aşağıda göstərilən linkə (https://exidmet.dim.gov.az/elimt/telim/) daxil olaraq qeydiyyatdan keçməlidirlər. Təlimlərin intensiv formada həftə sonları keçirilməsi nəzərdə tutulur. Təlimlərin vaxtı və yeri barədə məlumat qruplar formalaşdırıldıqdan sonra namizədin elektron poçt ünvanına göndərilir.

 

Elektron qeydiyyatla əlaqədar, həmçinin təlim modulları ilə bağlı əlavə məlumat əldə etmək üçün Mərkəzin Təlimlər üzrə sektoruna ( tel: 012-310-53-16, daxili nömrə 1220 ; elektron ünvan: [email protected]) və ya Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev, 299 ünvanında yerləşən inzibati binasına müraciət edə bilərsiniz.