Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında keçirilən "Nə? Harada? Nə zaman?" intellektual yarışında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandası qalib olub.
UNEC-dən AzEdu.az-a bildirilib ki, yarışda müxtəlif ali təhsil ocaqlarından ümumilikdə 14 komanda iştirak edib. Mübarizənin sonunda I yerə UNEC-in, II yerə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, III yerə Bakı Mühəndislik Universitetinin komandaları layiq görülüb.
UNEC-i yarışda Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “İqtisadçı” İntellektual Klubunun üzvləri təmsil ediblər.