Azedu.az

"Taliban”dan qadınlarla bağlı daha bir qadağa

Ali təhsil

24 Dekabr 2022, 17:42

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı qadın işçilərin ölkə universitetlərinə girişinə qadağa qoyub.

 

AzEdu.az xəbər verir ki, bu qadağa həmçinin professor-müəllim heyətinin nümayəndələrinə də aid edilib.

 

“Taliban” göstəriş verib ki, ölkə universitetlərində çalışan qadın müəllimlər və inzibati işçilər bu gündən (24 dekabr) iş yerlərində görünməsinlər, işə gəlməsinlər.

 

Xatırladaq ki, daha əvvəl Əfqanıstanda qadınların universitetlərdə təhsil alması qadağan edilmişdi.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox