Azedu.az

BMU-da "Xaricdə təhsil" kitabının təqdimatı keçirilib

Ali təhsil

23 Dekabr 2022, 12:19
BMU-da

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşı, ixtisas seçimi və karyera üzrə mütəxəssis Adil Vəliyev və tələbələrimizin birgə müəllifliyi,  həmçinin millət vəkilləri - Ceyhun Məmmədov və Aydın Mirzəzadənin rəyləri əsasında çap olunan “Xaricdə təhsil” kitabının təqdimat mərasimi keçirilib.

 

AzEdu.az xəbər verir ki, kitabda 31 ölkənin təhsil sistemi, nüfuzlu universitetlər haqqında zəruri informasiyalar, bakalavr və magistr tələbələri üçün müraciət qaydaları, təqaüd imkanları, viza və digər önəmli məlumatlar öz əksini tapıb.

 

Təqdimat mərasimində BMU-nun Tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə, Elmi işlər üzrə prorektoru Elçin Süleymanov, millət vəkili Ceyhun Məmmədov, tədbirə ev sahibliyi edən Zirvə liseyinin direktoru Xəzər Babayev və başqaları çıxış edərək öz rəy və mülahizələrini bildiriblər.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox