Azedu.az

UNEC-də 6 startap komandası finala vəsiqə qazandı

Ali təhsil

21 Dekabr 2022, 09:13
UNEC-də 6 startap komandası finala vəsiqə qazandı

UNEC Startap İnkubatorun təşkil etdiyi BootSTART proqramının “Pitch day” adlı təqdimatı keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə UNEC-in müəllim və tələbələri ilə yanaşı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Coders Academy, eləcə də bu sahə üzrə digər təşkilatların nümayəndələri də iştirak ediblər.

 

Təqdimatda 6 həftəlik intensiv proqramda iştirak etmiş 15 komanda öz startap ideyaları ilə çıxış ediblər. 

 

Çıxışlardan sonra münsiflər heyətinin dəyərləndirməsinə əsasən, 6 komanda -“Eddy”, “Taky”, “Probiont”, “HIRPO”, “4You”, “FeedHub” finala vəsiqə qazanıb.

 

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox