Azedu.az

Xaricdə magistratura təhsili ilə bağlı onlayn seminar keçiriləcək

Ali təhsil

16 Dekabr 2022, 13:13
Xaricdə magistratura təhsili ilə bağlı onlayn seminar keçiriləcək

UNEC-də “Xaricdə magistratura: Nə? Niyə? Necə?” mövzusunda onlayn seminar keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, mövzu ətrafında UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri dos. Xətai Alıyev və mərkəzin tədqiqatçısı, Böyük Britaniyanın Qlazqo Universitetinin “Beynəlxalq iqtisadiyyat” ixtisası üzrə magistratura dərəcəsini ən yüksək göstərici ilə bitirən məzunu Nicat Muradzadə təqdimatla çıxış edəcəklər.

 

Seminarda ölkə xaricində ali təhsilin magistratura səviyyəsi üzrə qəbul prosesi, təqaüdlü təhsil və digər vacib məqamlara aydınlıq gətiriləcək.

 

16 dekabr, saat 16:00-da keçiriləcək seminara zoom vasitəsilə qoşulmaq olar.

 

//zoom.us/j/99185616300


kod: 107738

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

 

 

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox