Azedu.az

İsrailin İntellektual Nəqliyyat Tədqiqatları Mərkəzinin komitə rəhbəri AzTU-da olub

Ali təhsil

15 Dekabr 2022, 09:52
İsrailin İntellektual Nəqliyyat Tədqiqatları Mərkəzinin komitə rəhbəri AzTU-da olub

İsrailin Texnion Universitetinin Nəqliyyat Tədqiqatları İnstitutunda tədqiqat qrupunun rəhbəri, Ruppin Akademik Mərkəzində mühazirəçi, İsrailin İntellektual Nəqliyyat Tədqiqatları Mərkəzinin komitə rəhbəri Ayelet Gal-Tzur Azərbaycan Texniki Universitetində (AzTU) tələbə və müəllim heyəti ilə görüşüb.

 

Ayelet Gal-Tzur İsrailin İntellektual Nəqliyyat Tədqiqatları Mərkəzi və Ruppin Akademik Mərkəzinin fəaliyyəti haqqında məlumat  verib, nəqliyyat sektorunun tənzimlənməsi üzrə həyata keçirilən işlər və elmi-tədqiqatlar barədə geniş təqdimatla çıxış edib. 

 

AzEdu.az xəbər verir ki, daha sonra AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov təqdimatla çıxış edib. O, institutda görülən işlər və həyata keçirilən layihələr haqqında qonağa məlumat verib.

 

Görüş zamanı AzTU-nun Logistika və Nəqliyyat İnstitutu ilə İsrailin Texnion Universitetinin Nəqliyyat Tədqiqatları İnstitutu, Ruppin Akademik Mərkəzi və İsrailin İntellektual Nəqliyyat Tədqiqatları Mərkəzi arasında yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub.    

 

 

 

 

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox