Azedu.az

AzTU tələbələri QİÇS-lə mübarizə haqqında məlumatlandırılıb

Ali təhsil

14 Dekabr 2022, 13:18
AzTU tələbələri QİÇS-lə mübarizə haqqında məlumatlandırılıb

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi “Azərbaycanda Avropa İİV-ə Testləşmə həftəsi” çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) müayinə və maarifləndirmə tədbiri keçirib.

 

AzEdu.az xəbər verir ki, tədbir insan sağlamlığına ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısını almaq, tələbələri sağlam həyat tərzi barədə məlumatlandırmaq məqsədilə təşkil olunub.

 

Görüşdə təcrübəli həkimlər İİV/QİÇS-lə (Qarşılıqlı İmmun Çatışmazlığı Sindromu) bağlı xəstəliyin tarixi, yoluxma yolları, profilaktikası, müayinə və müalicəsi barədə ətraflı məlumat veriblər. İİV testindən keçmənin könüllü olduğu diqqətə çatdırılıb. Həmçinin tələbələrə İİV/QİÇS-ə aid broşurlar, bukletlər təqdim olunub.

 

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

 

 

 

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox