Azedu.az

"UNEC muzeyini tanıyaq" layihəsinə start verilib

Ali təhsil

10 Dekabr 2022, 09:21

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “UNEC muzeyini tanıyaq” layihəsinə start verilib.

 

AzEdu.az xəbər verir ki, layihənin əsas məqsədi tələbələri UNEC-in muzeyi ilə tanış etmək, universitetin tarixi ilə məlumatlandırmaqdır.

 

Maliyyə və mühasibat, Türk Dünyası İqtisad fakültəsinin tələbələri ilə layihənin ilk açılışı keçirilib. Tələbələr muzeylə tanış olarkən, universitetin tarixi ilə bağlı maraqlı informasiya əldə ediblər. Bildirilib ki, muzey 1500 əsas və 500 köməkçi fonddan ibarətdir.

 

 

 

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox