Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-01 17:15:00
Bir zamanların məşhur universitetinin acınacaqlı vəziyyəti-VİDEO

Azərbaycan Beynəlxalq Universiteti (ABU) 1997-2010-cu illər arasında fəaliyyət göstərib.

 

Universitetdə bakalavr hazırlığının müddəti 4 il, ödənişli əsaslarla idi. Burada əyani və qiyabi şöbələri fəaliyyət göstəririb. Universitetdə tədris dili Azərbaycan və rus dilləri olub.

 

2010-cu il iyulun 8-də ABU-nun lisenziya müddəti bitdiyi üçün bu məsələyə yenidən baxılıb. Ali məktəbdə tədris prosesinin təşkili vəziyyətinin araşdırılması məqsədi ilə yaradılan ekspert qrupu ABU-da ciddi pozuntular aşkarlayıb. Hazırlanmış arayış Təhsil Nazirliyi Lisenziya Komissiyasının iclasında müzakirə olunub və komissiyanın yekdil qərarı ilə qeyd olunan nöqsanlar nəzərə alınaraq Təhsil Nazirliyi tərəfindən ABU-nun fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziya) müddətinin uzadılmaması barədə qərar qəbul olunub.

 

Nəticə olaraq Azərbaycan Beynəlxalq Universitetinin (ABU) fəaliyyəti 2010-cu ildə dayandırılmışdır.

 

AzEdu.az hazırda fəaliyyət göstərməyən universitet binasının mövcud vəziyyətini təqdim edir:

 

Video: 

 

 https://www.youtube.com/watch?v=ckHbsFHLtZE

 

Yusif Eyvazlı