Azedu.az

“Ali təhsilin təşkilatı metodları dəyişməlidir”-REKTOR

Ali təhsil

25 Noyabr 2022, 10:05
“Ali təhsilin təşkilatı metodları dəyişməlidir”-REKTOR

 

“Uğur kimi qəbul edilməlidir ki, ali təhsilin rəqəmsallaşmasının zəruriliyi artıq hamı tərəfindən qəbul edilir. Bununla yanaşı, həm də qəbul edilməlidir ki, təhsilin transformasiyasının məqsədləri, təhsilin təşkilati forma və metodları da dəyişməlidir”.

 

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov qeyd edib.

 

“Əks halda, səmərəsiz proseslərin rəqəmsallaşması onun səmərəsizliyini daha da artırır. Yəni, rəqəmsallaşma səmərəsizliyin “təkmilləşməsinə” xidmət edir. Bu, tamamilə yeni universitet modelini hədəfləyən ali təhsilin sistemli rəqəmsal transformasiyasını tələb edir. Ali təhsilin rəqəmsal transformasiyası isə vahid standart yanaşmanı qəbul etmir”-deyə, rektor bildirib.

 

 

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox