Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-22 15:44:00
“Buraxılış imtahanlarına mütləq Azərbaycan tarixi fənni əlavə olunmalıdır”-SƏBƏBLƏR

 

 

“Azərbaycan tarixi fənni ilə bağlı bütün peşə sahəsində çalışan vətəndaşların anlayışı olmalıdır.”

 

Mütəmadi olaraq, təhsil ekspertləri arasında (I-V) ixtisas qrupuna daxil olan  fənləri sırasına Azərbaycan tarixinin də əlavə olunması ilə bağlı müzakirələr aparılır.

 

 Ümumiyyətlə hazırda fənn bloklarına aid olan fənlər həmin bloka aid olan ixtisasların tələbatını nə dərəcədə ödəyir? Hər fənn blokuna aid 5 fənn yüzdən çox ixtisasın tələbatını nə dərəcədə ödəyə bilir? İxtisas qrupu fənlərinin artırılması vacib hesab olunurmu?

 

Dövlət İmtahan Mərkəzinin Tarix üzrə seminar müdiri, tarixçi-alim  Kərəm Məmmədov mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında məsələnin yerində və vaxtında səsləndirilən bir fikir olduğunu varğulayıb:

 

“Qəbul imtahanından əlavə olaraq, buraxılış imtahanına Azərbaycan tarixi fənni əlavə olunmalıdır. Ali məktəblərə qəbul prosesində İngilis dili fənninə daha çox önəm veririk, onun yerinə Azərbaycan tarixi fənninə üstünlük versək, cəmiyyət üçün daha savadlı kadrlar hazırlamış olarıq. İmtahan fənni kimi salınmasından asılı olmayaraq, xarici dil fənnini hər bir peşə sahibi öyrənmək məcburiyyətində qalır. İstənilən xarici dil biliyi olmayan vətəndaş ehtiyacı olarsa özü üçün tərcüməçi tapa bilər. Diplomat və mütəxəssislərin yanında onun referendi olmur ki, ona tarix ilə bağlı məlumat versin”.

 

Tarixçi mütəxəssisin fikrincə, qeyri-humanitar fənlər üzrə təhsil alan tələbələr universitetin göstəricisini aşağı salırlar:

 

“Ali məktəblərə III ixtisas qrupu üzrə qəbul olan abituriyentlər riyaziyyat fənni üzrə imtahan verirlər və gələcək həyatında çox zaman o fənn onlara lazım olmur. Buna baxmayaraq I-IV ixtisas qrupu uzrə imtahan verən abituriyentlərə, qəbuldan sonrakı prosesdə -yəni tələbə adını qazandıqda onlara  mütləq şəkildə Azərbaycan tarixi fənni tədris olunur və imtahan prosesi həyata keçirilir. Ən azından orta məktəbdə təhsil alan şagirdə Azərbaycan tarixi  fənni imtahan səviyyəsində tədris olunsa, ali təhsil müəssisələrinin göstəricisi aşağı olmaz”.

 

“Azərbaycan tarixi  sıradan bir fənn deyil, hər bir vətəndaş öz vətən tarixini  bilməlidir”- deyə, o bildirib.