Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə qeyri-formal məşğulluğa qarşı məlumatlandırıcı tədbir keçirilib.
Universitetdən AzEdu.az-a bildirilib ki, MDU tələbələrinin iştirakı ilə keçirilən tədbirdə KİM-in əməkdaşı Razim Qurbanov qeyri-formal məşğulluğun mahiyyəti və mənfi nəticələri, formal məşğuliyyətin üstünlükləri barədə ətraflı məlumat verib və sualları cavablandırıb.
Sonra tədbirdə tələbələrə qeyri-formal məşğulluğa qarşı məlumatlandırıcı bukletlər paylanılıb.