Azedu.az

UNEC-də təlim: Müasir inklüziv tədris prosesinin təşkili

Ali təhsil

19 Noyabr 2022, 12:22
UNEC-də təlim: Müasir inklüziv tədris prosesinin təşkili

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İnklüziv Təhsil Mərkəzinin Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə əməkdaşlıq çərçivəsində “Müasir inklüziv təlim-tədris prosesinin təşkili” adlı təlimlər keçirilib.


UNEC-dən AzEdu.az-a bildirilib ki, dörd gün davam edən təlimlər psixoloji mühit, valideyn himayəsindən məhrum olmuş, eləcə də çətin tərbiyə olunan uşaqlarla təlim-tədris prosesinin təşkili, istedadlı gənclərin aşkar edilməsi metodları, sosial-pedaqoji dəstək-yanaşma prinsipləri və s. mövzuları əhatə edib.

 

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

 

 

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox