Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-04 15:16:00
Fransada ildən-ilə güclənən erməni təhsili-Dil kursları, məktəblər...

  

Son zamanlar Fransanın Azərbaycana qarşı qərəzli münasibəti, Ermənistana isə ciddi dəstəyi xüsusi diqqət çəkir.

 

Vətən müharibəsi dövründə Fransa Prezidenti Emmanuel Makronun, həmçinin bir sıra Senat nümayəndələri,vəzifəli şəxslərin, siyasətçilərin Azərbaycanı Ermənistan ərazisinə təcavüzdə günahlandırmasının şahidi olurduq. Elə bir neçə gün öncə bu ölkədə  yaşayan azərbaycanlıların etirazlarına baxmayaraq Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib. Sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edilir.

 

AzEdu.az xəbər verir ki, Rusiya və ABŞ-dan sonra üçüncü ən böyük erməni icması Fransada hesab olunur. Burada təxminən 250-750 min erməni yaşayır.

 

Fransada erməni dilinin tədrisinə böyük önəm verilir. Burada ermənilə üçün çox sayda kurslar, kilsələr, mədəniyyət evləri yaradılıb. Bu gün bir neçə min uşaq və gəncin iştirak etdiyi Paris və Marsel yaxınlığında tam ikidilli uşaq bağçaları və ibtidai məktəbləri olan bir çox yerlərdə erməni sinifləri təşkil olunur.

 

No description available.

 

Hələ 1930-cu ildə Mavi Xaç təşkilatının Fransada erməni kursları açdığı bildirilir. Kurslarda azyaşlı uşaqlar, yeniyetmə və gənclər üçün erməni dili, tarixi, həmçinin rəqs,musiqi və teatr üzrə təlimlər keçirilib. Hazırda da bu istiqamətdə aktiv fəaliyyətlər davam etdirilir. Bununla yanaşı erməni təhsil işçiləri üçün davamlı təlimlərin keçirilməsinə də diqqət edilir.

 

No description available.

 

Fransada yaşayan ermənilər, burada fəaliyyət göstərən icma və təşkilatları erməni məktəblərinin fəaliyyəti, kursların təşkili, dil və mədəniyyətin təbliğatı üçün çox sayda işlər görürlər. Bu ölkədə Erməni Fondu öz gəlirinin 5%-ni (xüsusi ianələr istisna olmaqla) Fransadakı erməni məktəblərinə tikinti, genişləndirmə, avadanlıq yardım üçün ayırır. Burada yaşayan erməni iş adamları gəlirlərinin bir qismini bu kimi işlərə ayırmağı ölkənin təbliğatı və Qarabağ məsələsi üçün vacib hesab edir, daimi yardımlardan çəkinmirlər. Bu günə qədər Fransanın Erməni Fondu erməni məktəblərinin təqdim etdiyi 32 layihələrə 644 289 avro ayırıb.

 

No description available.

Fransada Qərbi və ya Şərqi erməni dilini öyrənmək və ya mükəmməlləşdirmək istəyən böyüklər üçün də proqram və kurslar nəzərdə tutulub. Amma Fransa ermənilərinin gördükləri işlər bununla bitmir. Ölkənin müxtəlif şəhərlərində erməni məktəbləri və kurslarının açılması davam etdirilir. Hətta ölkədə erməni məktəblərinə böyük tələbatın olduğu, amma müəllim çatışmazlığı  kimi müəyyən problemlərin yaşandığı bildirilir.