Azedu.az

AzTU təltif olundu

Ali təhsil

18 Noyabr 2022, 16:02
AzTU təltif olundu

Azərbaycan Texniki Universiteti (AzTU) "Kibergigiyena" platformasından aktiv istifadəyə görə təşəkkürnamə ilə təltif olunub.

 

AzEdu.az xəbər verir ki, "Kibergigiyena" layihəsinin (//kibergigiyena.az/) təlimlərində AzTU-nun insan resursları, maliyyə, beynəlxalq əlaqələr, karyera, dekanlıqlar, kafedralar və digər strukturlarını təmsil edən 100-ə yaxın əməkdaş iştirak edib. Onlar təlimin üç mərhələdə keçirilən test imtahanlarını yüksək nəticələrlə başa vurublar.

 

Təlimlərdə kibertəhlükəsizlik tələbləri və qaydaları, kibertəhlükəsizlik sahəsində standartlar və ən yaxşı təcrübələr, kiberdünyada təhlükəsiz fəaliyyət üçün faydalı təlimat və tövsiyələr, müasir yanaşmalar və həllər təqdim olunub.

 

Qeyd edək ki, AzTU bu layihədə iştirak edən ilk ali məktəbdir.   

 

Xatırladaq ki, "Kibergigiyena" platforması Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “B.EST Solutions” MMC arasında imzalanan üçtərəfli müqavilə çərçivəsində yaradılıb.

 

 

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox