Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azİİ EduLab Təhsil Mərkəzi” layihəsi ilə bağlı görüş keçirilib.
Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib.
Tələbələrin iştirak etdikləri görüşdə ADNSU-nun informasiya texnologiyaları və innovasiyalar üzrə rektor müşaviri Rasim Abdullayev layihənin perspektivlərindən danışıb.
Sonra layihə rəhbəri Aytac İsmayılova təqdimatla çıxış edib. O, layihə barədə ətraflı məlumat verib, sualları cavablandırıb.