Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-12 15:37:00
Dərslikləri niyə müəllimlər yazmır?-Pedaqoqdan etiraz

 

 

“Dərslikləri hazırlayarkən şagirdin yaşı nəzərə alınmalıdır”

 

Milli Məclisin deputatı Kamilə Əliyeva "Azərbaycan universitetləri beynəlxalq reytinq müstəvisində: gerçəklik və hədəflər" mövzusunda keçirilən dəyirmi masada dərsliklərin düzgün yazılmama mövzusuna toxunub.

 

Deputat dərsliklərin universitet müəllimləri deyil, ümumi təhsil müəssisələrində çalışan müəllimlər tərəfindən yazılmalı olduğunu bildirib.

 

Bəs bunu zəruri edən nə kimi amillər mövcuddur?

 

Tanınmış pedaqoq Sona Əliyeva Mövzu ilə bağlı fikirlərini AzEdu.az-a açıqlamasında  dərslikləri sadəcə universitet müəllimlərinin hazırlamamalı olduğunu bildirib:

 

“Düşünürəm ki, dərslikləri universitet müəllimlərinin ilə orta məktəb müəllimləri iş birliyi şəkilində hazırlamalıdır. Dərsliklərin hazırlanmasında akademik bilikləri olan universitet müəllimlərinin iştirakı mütləq hesab olunur. Universitet müəllimləri mövzuya daha akademik yanaşdıqları üçün dərslikləri sırf onlara həvalə etmək olmaz, universitet müəllimləri hansı mövzunun keçirilməsinin zəruri olduqunu daha yaxşı bilir”.

 

Tanınmış pedaqoq dərsliklər ilə bağlı problemli məsələlərə diqqət çəkib:

 

“Dərslik mövzusu problemli bir məsələdir.  Onları hazırlayarkən mütləq şəkildə DİM tərəfindən qoyulmuş tələblər, şagirdlərin yaşları nəzərə alınmalıdır.  Dərsliklərdə səhvlərin olmaması üçün çalışmaq lazımdır. Elmilik gözlənilməli, başadüşülən olmalıdır, kifayət qədər yüklü olmamalıdır. Müvafiq elmilik, digər fənlər ilə inteqrasiyası nəzərə alınmalı, daha dolğun, daha lazımlı məlumatları ötürməlidir”.

Murad Əliyev