Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-13 11:04:00
"Qərb onları özünə çəkir,gələcəyimizin gənclərini itiririk"-Şahlar Əsgərov

"Bizim ləl-cəvahir kimi uşaqlarımız var. Gələcəyimizin Üzeyir Hacıbəyovu,Lütfi Zadələri yetişir. Amma qərb onları özünə çəkir,gələcəyimizin gənclərini itiririk".

 

AzEdu.az xəbər verir ki, bunu professor Şahlar Əsgərov "Azərbaycan universitetləri beynəlxalq reytinq müstəvisində: gerçəklik və hədəflər" mövzusunda keçirilən dəyirmi masada qeyd edib.

 


Professor istedadlı gənclərin dövlət tərəfindən himayə edilməsinin vacibliyini vurğulayıb:

 

"Çox sayda istedadlı,sacadlı gənclərimiz var ki,onlar xarici universitetlərə axın edir,sonra orada qalıb həyatlarını qurmağı seçirlər. Beyinlərimiz qərbə üz tutur,qərb onları təhsili,iş imkanları,mədəniyyətilə özünə çəkməyi bacarır. Amma Məleykə Abbaszadənin bundan xəbəri olmur. Xüsusi istedadlı uşaqlarımızın dövlət tərəfindən himayəyə götürülməsi məsələsi qaldırılmalıdır. Onların ölkə gələcəyinə qazandırılması üçün vacib addımlar atılmalıdır".

"Xarici dil öyrənmək məsələsini artıq orta məktəbdə yekunlaşdırlmalıyıq. Tələbə ali təhsilə başlayanda artıq bununla bağlı problemi olmamalıdır"-deyə,o bildirib.