İtaliyanın Giustino Universitetinin professoru Federico de Andreis Erasmus+ beynəlxalq mübadilə proqramı çərçivəsində UNEC-də işgüzar səfərdə olub.
AzEdu.az xəbər verir ki, professor UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) və SABAH qruplarının tələbələrinə “Təşkilatlarda davranış” və “Menecment” mövzusunda mühazirə deyib, tələbələrlə elmi fikir mübadiləsi aparıb.