Azedu.az

BDU-nun professor, dosent və müəllim heyətinin maaşları artırılıb

Ali təhsil

21 Oktyabr 2022, 14:38
BDU-nun professor, dosent və müəllim heyətinin maaşları artırılıb

Bakı Dövlət Universitetinin (BDU) pofessor, dosent, elmlər və fəlsəfə doktorları və müəllim heyətinin maaşları artırılıb.

 

Bu barədə AzEdu.az-a ali təhsil müəssisəsindən məlumat verilib.

 

Bildirilib ki, BDU-nun Elmi Şuranın növbəti iclası keçirilib və cari məsələlərə baxılıb.

 

Elmi Şuranın qərarına əsasən, tədris fəaliyyətinə cəlb edilən işçilərin əməyinin saathesabı qaydada ödənilməsinin məbləği artırılıb. Bu məbləğ 1 saata görə professor və ya elmlər doktorları üçün 10 manatdan 15 manata, dosent və ya fəlsəfə doktorları üçün 7 manat 50 qəpikdən 11 manata, elmi adı və ya dərəcəsi olmayan müəllimlər üçün 5 manatdan 7 manat 50 qəpiyə qaldırılıb.

 

Eyni zamanda yığıncaqda BDU üzrə boş olan professor vəzifələrinin tutulması üçün seçkilər keçirilib. Seçkinin nəticələrinə əsasən, BDU-nun 10 fakültəsi üzrə 64 nəfər professor vəzifəsinə təsdiqlənib. Elmi Şura həmçinin 2022-ci il üçün BDU-nun doktoranturasına qəbulun nəticələrini təsdiqləyib.

İran Bakını HƏDƏLƏDİ - Zəngəzuru unudun, yoxsa...
Son xəbərlərDaha çox