Azedu.az

Üç ay əvvəl nişanlanan tələbə intihar etdi

Ali təhsil

17 Oktyabr 2022, 13:30
Üç ay əvvəl nişanlanan tələbə intihar etdi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi intihar edib.

 

AzEdu.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, universitetin tələbəsi, 2000-ci il təvəllüdlü Muxtar Qayıbov özünü Aşağı Güzdək qəsəbəsində, yaşadığı evin həyətində asaraq həyatına son qoyub.

 

Onun hansı səbəbdən intihar etməsi məlum deyil.

 

Bildirilir ki, M.Qayıbov 3 ay əvvəl nişanlanıbmış. Onun boş vaxtlarında yaşadığı qəsəbədə bərbərlik fəaliyyəti ilə məşğul olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

 

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox