Azedu.az

Tələbələr “Almaniyada təqaüdlü təhsil” mövzusunda məlumatlandırılıb     

Ali təhsil

14 Oktyabr 2022, 13:41
Tələbələr “Almaniyada təqaüdlü təhsil” mövzusunda məlumatlandırılıb     

Azərbaycan Texniki Universitetində (AzTU) “Almaniyada təqaüdlü təhsil” mövzusunda məlumatlandırma sessiyası keçirilib.

 

AzEdu.az xəbər verir ki, məlumatlandırma sessiyası Alman Akademik Mübadilə Xidmətinin (DAAD) nümayəndəsi Klaudio Kasperl tərəfindən aparılıb.

 

Sessiyasının açılışında çıxış edən AzTU-nun elm və innovasiya üzrə prorektoru Sübhan Namazov DAAD və AzTU-nun uzun illik səmərəli əməkdaşlığından, bu proqramların mühəndislik ixtisasları üzrə yaratdığı imkanlardan danışıb.

 

Daha sonra DAAD nümayəndəsi Klaudio Kasperl Almaniyada təhsil, təqaüd proqramları haqqında geniş təqdimatla çıxış edib.

 

Təqdimatdan sonra tələbələrin sualları cavablandırılıb.        

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox