Azedu.az

UNEC-in şəhid məzunu Süleyman Qarayevin anım günü keçirilib

Ali təhsil

7 Oktyabr 2022, 17:13
UNEC-in şəhid məzunu Süleyman Qarayevin anım günü keçirilib

Oktyabrın 7-də Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin məzunu Süleyman Qarayevin anım günüdür.

 

AzEdu.az xəbər verir ki, Şəhid Süleyman Qarayevin anım günü münasibətilə Sabirabad rayonu Qalaqayın kəndində ailə üzvləri ilə görüş keçirilib.

 

Görüşdə UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvü olan tələbələr də iştirak ediblər.

 

Daha sonra UNEC kollektivi şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər. 

 

Allah rəhmət eləsin!

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox