https://modern.az/
2022-10-06 16:44:00
Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumunda Mark Fuster çıxış edəcək

Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumunun növbəti spikeri İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının Təhsil Tədqiqatları və İnnovasiyalar Mərkəzinin (TTİM) analitiki Mark Fusterdir. 

 

Cənab Fuster daha öncə TTİM-nin “Trendləri formalaşdıran təhsil” layihəsində çalışıb. O, eyniadlı qabaqcıl silsilə hesabatların 2019 və 2022-ci il nəşrlərinin, eləcə də məktəb təhsilinin gələcəyi ilə bağlı 2020-ci il İƏİT hesabatlarının həmmüəllifidir. İƏİT-dən əvvəl İspaniyanın Kataloniya Təhsil Departamentində çalışıb.

 

AzEdu.az xəbər verir ki, o, həmçinin əmək fəaliyyəti dövründə “Mürəkkəb təhsil sistemlərində idarəetmə”nin təkmilləşdirilməsinə töhfə verib. 

 

Xatırladaq ki, Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumunda iştirak ödənişsizdir. Arzu edənlərə beynəlxalq sertifikat veriləcək. Beynəlxalq sertifikat qeydiyyatı üçün yerlər məhduddur. Çıxışlar Azərbaycan dilinə tərcümə olunacaq.

 

Qeydiyyat üçün müvafiq linkə keçid edə bilərsiniz: https://bit.ly/3KJjaGh