Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-02 17:48:00
Qəbul səviyyəsi çox aşağıdır, təcili həyəcan təbili çalınmalıdır- Ekspertdən müraciət

 

 

"Bildiyiniz kimi,  kolleclərə boş qalan plan yerlərinə ixtisas seçimi başlayıb. Statistikaya nəzər yetirsək görərik ki, kolleclərdə xeyli sayda plan yeri qalıb. Halbuki, 11 illik bazada kolleclərə qəbul  aparılan  zamanı  ballar aşağı enmişdi".

 

Bu sözləri  AzEdu.az-a açıqlamasında təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib bildirib.

 

Ekspertin  sözlərinə görə kolleclərə həddindən artıq  boş plan yerinin qalması, buraxılış imtahanında şagirdlərin az bal yığması ilə bağlıdır.

 

"Bildiyiniz kimi,  kolleclərə boş qalan plan yerlərinə ixtisas seçimi başlayıb. Statistikaya nəzər yetirsək görərik ki, kolleclərdə xeyli sayda boş plan yeri qalıb. Halbuki, 11 illik bazada kolleclərə qəbul  aparılan  zaman, ballar çox aşağı enmişdi.  Hətda 120 ballıq ixtisaslar 90-95 bala düşmüşdü.Bu isə sübut edib ki, 11-ci sinifi bitirən məzunlar buraxılış imtahında topladığı bal çox aşağı səviyyədə olub. Nəticədə isə balları aşağı düşməsinə baxmayaraq,  kolleclərdə bu qədər boş plan yeri qalıb". 

 

Abituriyentlərin taleyi ildə bir dəfə olan 3 saatlıq imtahanla müəyyən  oluna bilməz-Təhsil eksperti - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

 

Ekspert  kolleclərdə balın formalaşma meyyarlarından danışdı:

 

"Kolleclərə keçid balı şagirdin buraxılış imtahanında yığdığı bal əsasında formalaşır. Tutaq ki,  hansısa ixtisasa  20 qəbul yeri ayrılıb . Bu zaman 20-ci yerdə qəbul olmuş abituriyentin balı keçid balı kimi formalaşır. Bu da onu göstərir ki, həmin 20 nəfər həddindən artıq az bal yığıb".

 

Məktəblərdə artıq həyəcan təbili çalmalıdır...

 

"Mən apardığım ixtisas seçimlərinə  nəzərən deyim  ki,  keçən il 97-98 balla  qəbul olmuş abituriyent, bu il həmin ixtisasa 68 balla qəbul olub. Bu da onu göstərir ki, məktəbi bitirmiş şagird buraxılış imtahanında çox aşağı bal toplayıb. Bu artıq məktəb, repetitorlar və  hazırlıq kursları üçün siqnaldır. Və artıq həyəcan təbili çalınmalıdır".

 

Kolleclərdə keçid balının bu qədər aşağı düşməsi DİM və Elm və Təhsil Nazirliyinə mesaj olmalıdır.

 

 

"11 illik bazada kolleclərə keçid balının bu qədər aşağı düşməsi, DİM həmçinin Elm və təhsil nazirliyinə mesaj olmalıdır. Balların aşağı düşməsinə  baxmayaraq, boş plan  yerlərinin  qalması  orta məktəbi bitirmiş şagirdlərin savadsızlığını göstərir.

 

Onu da deyim ki,  9 illik bazada kolleclərin göstəricisi  daha yüksəkdir.  Bu problem  artıq qaldırılmalı və çıxış yolu tapılmalıdır"- ekspert qeyd edib.

 

Qeyd edək ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə ixtisas seçimi oktyabrın 2-dək aparılacaq.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları