Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-26 18:00:00
 Məktəblərdə şahmat fənnini keçməməklə görün nələri itirmişik – Müəllimdən təklif

 

 

Şahmatın intellektual səviyyəsinin yüksəldilməsində və insan beyninin inkişafında rolu elmi əsaslarla təsdiq edilib.

 

Günümüzdə bir çox təhsil müəssisəsində şahmat dərnəkləri fəaliyyət göstərməkdədir.

 

Mütəxəssislər onun məktəblərdə fənn olaraq tədrisinin şagirdlərin intellektual inkişafında böyük rol oynayacağını qeyd edirlər.

 

Onlardan biri olan Uşaq Birliyi Təşkilatı rəhbəri və şahmat müəllimi Əminə Cəfərova AzEdu.az-a açıqlamasında  şahmatın insanın zehni inkişafında rolunu yüksək qiymətləndirib:

 

”Uşaq yaşlarından şahmatla məşğul olmaq azyaşlıların  intellektual səviyyəsinin inkişafına yaxından kömək edir. Bu, həm də körpələrin şəxsi müstəvidə yetişməsində yardımçı olur. Şahmat əqli inkişaf üçün aktiv və effektiv vasitədir. O, fikirləri bir nöqtəyə cəmləməyi, nəticə çıxarmağı, müqayisə etməyi və analiz qabiliyyətini inkişaf etdirməyə yardımçı olur. Şahmat yaddaşı möhkəmləndirir, eyni zamanda əzmlilik və cəhdetmə kimi cəhətləri də aktiv formalaşdırır. Oyun zamanı təcrübə əldə etdirir. O, insanın məğlubiyyətlə qarşılaşacağı təqdirdə, ləyaqətlə yaşamağı və düzgün analiz etməyi öyrədir. Həmçinin, məntiqi hesablama qabiliyyəti, fikri cəmləmə, oturma bacarıqlarını inkişaf etdirir”.

 

Açıklama yok.

 

Ə.Cəfərova  şahmatın məktəblərdə tədrisinin vacibliyini vurğulayıb:

 

Məktəblərdə şahmatın öyrədilməsi ve bir fənn kimi tədrisinə böyük ehtiyac var. Belə ki, şahmat şagirdlərin zehni inkişafını və təhlil qabiliyyətinin yüksəldilməsinə xidmət edən bir məşğuliyyət olduğu üçün gənc nəslin sağlam düşüncəli və intellektual yetişməsində böyük rol oynayır”.

 

Müəllim, həmçinin, qeyd edir ki, Elm və Təhsil Nazirliyi də bu istiqamətdə tədbirlərə əl atmalıdır:

 

Sadəcə təyin olunmuş məktəblərdə deyil, bütün təhsil müəssisələrində Şahmat dərslərinin digər fənlər kimi tedris olunmasını təklif edərdim”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları