2022-2023 tədris ilinin payız semestrində 1575 nəfər təhsil tələbə kreditindən (TTK) yararlanıb.
Bu barədə AzEdu.az-a Təhsil Tələbə Kredit Fondundan məlumat verilib.
Bildirilib ki, cari tədris ilində 521 nəfərə sosial TTK, 1054 nəfərə isə standart TTK verilib.