Lənkəran Dövlət Universitetində yeni tədris ilinin ilk günü sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən şəhid olan çoxsaylı hərbi qulluqçuların xatirəsi professor-müəllim-tələbə heyəti tərəfindən 1 dəqiqəlik sükutla yad edilib.
AzEdu.az xəbər verir ki, bütün fakültələrdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.