Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-15 13:57:00
“Bu gün bütün siniflərdə tam fərqli ab-hava var idi”- Məktəb direktoru-FOTO

 

 

 

Bu gün ölkəmizdə “Bilik Günü” kimi qeyd olunur. Lakin ötən illərdən fərqli olaraq 15 sentyabr təntənəli şəkildə keçirilmir. Buna səbəb isə mənfur qonşularımızın sərhəddə törətdiyi təxribat nəticəsində 71 nəfərin şəhid olmasıdır.

 

 

“Bilik Günü”ə ev sahibliyi edən təhsil müəssisələrindən biri də Bakı Şəhər 18 nömrəli tam orta məktəbdir.

 

 

Təhsil ocağının direktoru Rəna Süleymanova AzEdu.az-a müsahibəsində əvvəlcə bu faktı təsdiqləyir və bütün siniflərdə ilk dərslərin vətənpərvərlik mövzusunda olduğunu qeyd edir:

 

 

Yeni tədris ilinin ən maraqlı məqamlarından  biri də Elm və Təhsil Nazirliyinin yeni formatda fəaliyyətə başlaması oldu. Bu xüsusda, ilk “Bilik Günü”nü qeyd etdik. Biz çox həvəslə hazırlaşırdıq, lakin təəssüf hissi ilə qeyd edirəm ki, mənfur qonşularımızın  12 və 13 sentyabrda  sərhəddə  törətdiyi təxribat nəticəsində  gənclərimiz şəhid olduğu üçün Elm və Təhsil Nazirliyi tərəfindən verilən təlimata əsasən, “Bilik Günü” təntənəli şəkildə keçirilmədi. Şəhidlərimizin əziz xatirəsi  anıldı və ilk dərsimiz “Qarabağ Azərbaycandır!” mövzusuna həsr edildi. Özüm şəxsən sinifləri gəzərkən müşahidə etdim ki, müəllimlər vətənpərvərlik mövzusunda şagirdləri marifləndirirdi. Bu, da çox sevindirici haldır ki, şagirdlərin Qarabağ haqqında bilikləri  formalaşır”.

 

 

Direktor 18 nömrəli məktəbin  fəaliyyətindən söz açıb:

 

 

Məktəbimizdə I-XI siniflər olmaqla 2411 şagird təhsil alır. Təhsil ocağımız qismən ikinövbəli olmaqla fəaliyyət göstərir.  Bu il birinci siniflərə 187 şagird qədəm qoyub. Onlardan 4-ü Azərbaycan, 2-i isə rus  bölməsi olmaqla bölüşdürülüb. Şagirdlərin bir çoxu məktəbəhazırlıq qruplarına gələnlərdir”.

 

 

Rəna Süleymanova məktəbəhazırlıq qruplarının əhəmiyyətindən söz açıb:

 

Düşünürəm ki, nazirliyin ən uğurlu layihələrindən biri də məktəbəhazırlıqla bağlıdır. Çünki bu pillədə təhsilalan şagirdlər bir-birlərinə alışır, birinci sinfə başlayanda artıq ağlamır və tez uyğunlaşa bilirlər. Həmin məktəbəhazırlıqda təhsil alan uşaqların çoxu hazırda birinci sinifə qədəm qoyub. Şagirdlər öyrəndiyi bilikləri,  maraqlı fikirləri müəllimlərə bildiriblər. Mən də şəxsən siniflərdə oldum və orada olan ab-hava ilə tanış oldum”.

 

 

Təhsil müəssisəsinin rəhbəri yeni tədris ilinə olan gözləntilərindən söz açıb:

 

 

Yeni tədris ilinə qədəm qoyarkən şagirdlərə arzu edərdim ki, onların nailiyyətləri bol olsun. Ötən il çox  uğurlar qazandıq, baxmayaraq ki, pandemiya yeni bitmişdi. Lakin biz qısa müddət ərzində təhsili bərpa etməyə çalışdıq və xeyli uğurlar əldə etdik.

 

 

Ötən il şagirdlərimizin ali məktəblərə qəbul faizi də yüksək olub. Onlar 100 üzərindən 88 faizlə universitetlərə daxil oldular. Məzunlarımızdan bir çoxu xarici ölkələrdə olan ali təhsil müəssisələrinə qəbul oldu. Onların sırasında nüfuzlu ali təhsil müəssisələrinə daxil olanlar da oldu. İki nəfər şagirdimiz gümüş  medala layiq görüldü. Onlardan biri olimpiada, digəri isə  təqdimat müsabiqəsinin qalibi idi. Bu ildə inanıram ki, uğurlarımız bol olacaq. Yeni layihələrə qatılmağı  və müsabiqələrdə iştirak etməyi arzu edirəm. İki şagirdimizi  Hon-Konqa şahmat üzrə olimpiadaya göndərdik. Düşünürəm ki, onlar qələbə ilə qayıdacaq. Bir şagirdimiz isə Bolqarıstanda keçirilən riyaziyyat olimpiadasında uğur qazanıb. Həmçinin, bu il respublika və xarici ölkələrdə keçirilən olim piadalara qatılacayıq və ümid edirəm ki,  uğurlar əldə edəcəyik”.