Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əməkdaşlar üçün professor və dosent vakansiyası üzrə müsabiqə elan olunur.
UNEC-dən AzEdu.az-a bildirilib ki, professor ştatı üzrə 3 yer, dosent ştatı üzrə 5 yer təklif olunur. Qeyd olunan vəzifələri tutmaq üçün müsabiqədə mövcud əsasnamələrin tələblərinə uyğun namizədlərin iştirakına icazə verilir.