Azedu.az

Azərbaycan Memarlıq və İnşaat Universitetinə yeni sözçü təyin olundu

Ali təhsil

13 Sentyabr 2022, 16:00
Azərbaycan Memarlıq və İnşaat Universitetinə yeni sözçü təyin olundu

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin PR və Media bölməsinə rəhbər təyin olunub. Bununla əlaqədar olaraq, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova əmr imzalayıb.

 

AzEdu.az xəbər verir ki, əmrə əsasən, universitetin PR və Media bölməsinə jurnalist Nicat Abdullayev rəhbərlik edəcək.

 

Nicat Abdullayev Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib və bu təyinatına qədər İctimai, eləcə də ARB24 telekanallarında müxbir, redaktor, Azərbaycan Texniki Universitetində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumlarında PR menecer vəzifələrində çalışıb.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox