Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-13 15:20:00
Müəllimlərin sertifikasiyası ilə bağlı ən son qərarlar-İCMAL 

 

 

 

Müəllimlərin sertifikatlaşıdırlması prosesi ilə bağlı ötən həftə bir-birini əvəz edən rəsmi görüş və brifinqdə müəllimlərin maraqla gözlədiyi detallara toxunuldu. Onlara qaranlıq qalan mülahizələrə aydınlıq gətirildi:

 

AzEdu.az həmin vacib məqamları ümumi icmal şəklində təqdim edir:

 

Sertifikasiyanın müsahibə mərhələsindən keçə bilməyənlər kəsilmiş hesab ediləcək və onlara bir il möhlət hüququ veriləcək. 60 bal toplayan müəllimlər belə müsahibədən keçməsə, kəsilmiş hesab ediləcəklər.

 

Buraxılış fənləri (ana dili, riyaziyyat, xarici dil) üzrə sertifikasiya prosesinin nə zaman keçiriləcəyi ilə bağlı qərar yaxın gələcəkdə veriləcək.

 

Sentyabr  ayından sertifikasiyadan keçən müəllimlərin maaşına əlavələr olunacaq.

 

Bir daha bildirək ki, sertifikasiyadan uğurla keçən təhsilverənlərin maaşlara 35 % əlavələr ancaq 50 baldan yuxarı nəticə üçün verilir.

 

Elm və təhsil naziri Emin Əmrullayev 7 sentyabr tarixində keçirilən  Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı MİQ və sertifikasıya prosesinə toxunub.

 

Nazirin  fikirlərinə nəzər salaq:

 

 

"Gələcəkdə müəllimlərin dərs saatlarına sertifikasiya balı da təsir edəcək".

 

 

"Təhsilverənlərin sertifikatlaşdırılması imtahanlarının ikinci mərhələsində də uğur qazanmayan və üzrsüz səbəbdən iştirak etməyən müəllimlərin əmək müqaviləsinə xitam veriləcək. Bu, qanunvericiliyin tələbidir".

 

Sertifikasıya prosesinin  ilkin mərhələsində müəllimlərin 98 %-i  iştirak edib və onların 78 % uğur qazanıb.

 

 

Sonda qeyd edək ki, Elm və Təhsil Nazirliyindən verilən məlumata görə sertifikasiya prosesinin müsahibə mərhələsindən keçməyən müəllimlərin işdən çıxarılmayacaq. Sertifikasiya prosesindən keçməyən müəllimlərə bir il müddətində möhlət hüququ veriləcək.

 

 

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix barədə məlumatlar yaxın günlərdə müəllimlərin şəxsi kabinetinə göndəriləcək. Müsahibələr 12-13-14-16-17-19 sentyabr tarixlərində, onlayn formatda təşkil olunacaq. Müsahibə linki təhsilverənlərin şəxsi kabinetlərinə göndəriləcək.

 

 

“10 000 müəllimin müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsində iştirak etməyib”.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları