Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-12 13:19:00
Rezidenturaya qeydiyyat başa çatır

Rezidenturaya qəbul olunan namizədlərin qeydiyyatı bu gün saat 23:59-dək davam edəcək.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, namizədlər portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

 

Əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında verilib.

 

Rezidenturaya qəbul olunanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir və onlar qəbul olunanlar siyahısından çıxarılır.

 

Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmayacaqlar.

 

Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər də göstərilən müddətə qədər portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər.

 

Qeyd edək ki, rezidenturaya qəbul olunan namizədlərin qeydiyyatı sentyabrın 6-dan başlanıb.