Azedu.az

AzTu-ya qəbul olunanların qeydiyyatı davam edir

Ali təhsil

10 Sentyabr 2022, 14:42
AzTu-ya qəbul olunanların qeydiyyatı davam edir

Azərbaycan Texniki Universitetinə (AzTU) qəbul olunanların qeydiyyatı davam edir.

 

AzTU-dan AzEdu.az-a bildirilib ki, universitetdə abituriyentlərə kömək məqsədilə qərargah fəaliyyət göstərir. Qərargah əməkdaşları gün ərzində müraciətləri cavablandırır, həmçinin portal.edu.az-da qeydiyyatla bağlı yaranmış hər hansı problemi həll edirlər.

 

Qeyd edək ki, AzTU tələbəsi adını qazananların portal.edu.az platformasında qeydiyyatı sentyabrın 12-də başa çatacaq.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox