Azedu.az

Azərbaycan Texniki Universitetinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib

Ali təhsil

2 Sentyabr 2022, 16:20
Azərbaycan Texniki Universitetinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib

Sentyabrın 2-dən bakalavriat səviyyəsi üzrə Azərbaycan Texniki Universitetinə (AzTU) qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib.

 

AzTU-dan AzEdu.az-a bildirilib ki, abituriyentlər //portal.edu.az/ sistemindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

 

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

 

Qeydiyyat sentyabrın 12-də yekunlaşacaq.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox