Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-31 11:03:00
Bu abituriyentlər kolleclərə ixtisas seçimində iştirak edə bilməz

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən az olmayan abituriyentlər buraxılır.

AzEdu.az xəbər verir ki, ixtisas seçimində iştirak etmək üçün abituriyentin qəbul imtahanında Azərbaycan dili və ya rus dili (tədris dili kimi), eləcə də riyaziyyat fənlərinin hər biri üzrə topladığı bal 10-dan az olmamalıdır.

Xarici dil fənni üzrə isə bal məhdudiyyəti tətbiq edilmir.

Cari ildə buraxılış imtahanında iştirak etmiş, müsabiqə şərtini ödəyən bütün abituriyentlər tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimində iştirak edə bilərlər.

Qeyd edək ki, 2022/2023-cü tədris ili üzrə tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 2-dən 7-dək aparılacaq.